“Vogue” moda jurnalı 2027-ci ilin ən dəbli ayaqqabı modelini açıqlayıb.
Denmedia.az xəbər verir ki, qarşıdan gələn ilin əsas trendi qalın dabanlı klassik qadın ayaqqabıları olacaq.
1960–1970-ci illərdə mini ətəklər qədər populyar olan bu ayaqqabılar indi nazik dabanlı modellərə daha rahat alternativ kimi yenidən dəb dünyasına qayıdır.

Sözügedən modellər artıq “Chanel”, “Prada” və “Burberry” moda evlərinin kolleksiyalarında nümayiş etdirilib.
Xatırladaq ki, İtaliyanın “Vogue” jurnalının ekspertləri yayın əsas trendlərindən biri kimi müxtəlif rəng və biçimlərdə olan ultraqısa topları göstərmişdilər.

