Yaponiyada doğum səviyyəsinin azalması ilə mübarizə çərçivəsində hakim Liberal Demokrat Partiyası ailələrə üçüncü və sonrakı hər uşaq üçün təxminən 10 milyon yen dəyərində maddi yardım və xidmətlər göstərməyi planlaşdırır.
Denmedia.az “Kyodo” agentliyinə istinadən xəbər verir ki, Yeni Əhali Strategiyası Agentliyinin yaradılmasını da nəzərdə tutan təşəbbüsün gələn ay hökumətə təqdim ediləcəyi gözlənilir. Yaponiya 2030-cu ilədək olan dövrü əhali sayının azalmasının qarşısını almaq üçün “son fürsət” hesab edir.

