Azərbaycanın Milli Hidrometeorologiya Xidməti 19–20 aprel tarixlərində gözlənilən güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq elan edib.
Məlumata görə, Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra rayonlarında şimal-qərb küləyinin sürəti 13,9–20,7 m/s-dək artacaq ki, bu da sarı təhlükə səviyyəsinə uyğundur.
Eyni zamanda Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı, Lerik və Yardımlı rayonlarında küləyin sürətinin 20,8–28,4 m/s-dək güclənəcəyi gözlənilir. Bu ərazilərdə narıncı xəbərdarlıq verilib.

