ABŞ Prezidenti Donald Tramp və ailəsi ilə əlaqəli “World Liberty Financial” (WLFI) kriptovalyutası bir gecədə dəyərinin 50 faizindən çoxunu itirib.
Denmedia.az CNBC telekanalına istinadən xəbər verir ki, kəskin ucuzlaşma “Binance” kriptovalyuta birjasına qarşı manipulyasiya ittihamlarına səbəb olub.
Noyabrın 28-dən 29-na keçən gecə tokenin qiyməti 0,037 dollardan 0,016 dollara qədər geriləyib.
“World Liberty Financial” şirkəti qiymətin kəskin düşməsini “Binance” birjasının tokenlə bağlı fyuçers mövqelərini avtomatik bağlaması ilə əlaqələndirib.
Şirkətin ittihamlarına cavab olaraq “Binance” yaranmış vəziyyətdən xəbərdar olduğunu və sözügedən dövr ərzində bazardakı əməliyyatları təhlil etdiyini bildirib.
Birjaya qarşı irəli sürülən manipulyasiya ittihamları hələ təsdiqini tapmayıb.

