Amerikalı milyarder Karl Aykan son üç ildə sərvətinin 90 faizindən çoxunu itirib.
Denmedia.az “Forbes” jurnalının milyarderlər reytinqinə istinadən xəbər verir ki, biznesmenin 2023-cü ildə 17,5 milyard dollar dəyərində qiymətləndirilən sərvəti hazırda 1,6 milyard dollara qədər geriləyib.
“Bloomberg” agentliyinin məlumatına görə, cari ilin noyabrında Aykanın sərvəti daha da azalaraq 1,2 milyard dollara düşüb. Bu isə onun 2023-cü illə müqayisədə sərvətinin 93 faizindən çoxunu itirməsi deməkdir.
“Bloomberg”in ekspertləri milyarderin kapitalının bu qədər kəskin azalmasının əsas səbəbi kimi biznesinə ciddi təzyiq göstərən artan borc yükünü göstərirlər.

