İtaliyanın milli maraqları hər zaman Kiyevə göstərilən yardımdan üstün olacaq.
Denmedia.az xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni bildirib.
Meloni bu açıqlamanı Ukrayna Silahlı Qüvvələrinin Liviyanın Benqazi limanına hücumu barədə Ukrayna Prezidenti Volodimir Zelenski ilə apardığı danışıqdan sonra verib.
“Ukraynaya dəstək mövqeyimiz dəyişmir. Lakin bu dəstək heç vaxt İtaliyanın milli maraqlarının müdafiəsindən üstün ola bilməz”, – Baş nazir vurğulayıb.

