Sabah, 23 iyun tarixində Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, şimal-şərq küləyi əsəcək, gündüz saatlarında isə küləyin istiqaməti cənub-şərqə dəyişəcək.
Havanın temperaturu gecə 19-22°, gündüz isə 27-32° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-65%, gündüz isə 45-50% təşkil edəcək.
Azərbaycanın bölgələrində isə bəzi yerlərdə qısamüddətli yağıntı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağışın intensiv xarakter alacağı, bəzi ərazilərdə şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur.
Gecə və səhər saatlarında ayrı-ayrı dağlıq ərazilərdə duman müşahidə edilə bilər. Bölgələrdə əsasən mülayim şərq küləyi əsəcək.

