İyunun 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, bəzi saatlarda isə yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən DenMedia.az-a verilən məlumata görə, səhər saatlarında Bakıda buludlu hava və qısamüddətli yağış ehtimalı var. Günorta saatlarında da bəzi ərazilərdə yağışlı hava müşahidə oluna bilər. Günün ikinci yarısında isə hava əsasən dəyişkən buludlu və qismən açıq keçəcək.
Bakıda havanın temperaturu gecə saatlarında təxminən 23°C, gündüz isə 29°C-dək yüksələcək. Gün ərzində rütubətli və dəyişkən hava şəraiti müşahidə oluna bilər.
Azərbaycanın bəzi bölgələrində də hava əsasən dəyişkən buludlu olacaq. Ayrı-ayrı ərazilərdə qısamüddətli yağış ehtimalı var.

