Texnika getdi, problem qaldı: Bu yolda yarımçıq təmir sürücüləri bezdirib-VİDEO
Xırdalan–Novxanı–Pirşağı avtomobil yolunda aylarla gözlənilən təmir işləri qəfil dayanıb.
Denmedia.az xəbər verir ki, təxminən bir aydır ki, ərazidə nə texnika görünür, nə də işçi.
Yolun müxtəlif hissələri təmirsiz vəziyyətdə qalıb, asfalt örtüyü dağıdılıb, lakin işlərin nə vaxt bərpa olunacağı sürücüləri ciddi narahat edir.
Yolun Abşeron rayonun Saray qəsəbəsi ərazisindən keçən hissəsində təmir işləri dayandırılıb. Yarımçıq qalan təmir sürücülərin həyatını çətinləşdirib. Çuxurlar, nahamar örtük və hərəkət üçün yaranan maneələr avtomobillərin tez-tez sıradan çıxmasına səbəb olur.
hər gün hərəkət etmək artıq əlavə xərc və əsəb deməkdir. Bəziləri avtomobillərini dəfələrlə təmir etdirmək məcburiyyətində qaldıqlarını deyirlər.
AAYDA-dən bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi təsdiq edilmiş iş qrafikinə uyğun olaraq davam etdirilir. Layihənin icrasında hər hansı gecikmə və ya ləngimə yoxdur. Ayrı-ayrı sahələrdə müəyyən müddət ərzində işlərin aparılmaması ümumi tikinti prosesinin dayandırılması kimi qiymətləndirilməməlidir.
Məlumat üçün bildiririk ki, uzunluğu 29 kilometr olan Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolu 1B texniki dərəcəyə uyğun, 6 hərəkət zolaqlı olmaqla inşa edilir. Tikinti işləri marşrut boyunca müəyyən olunmuş hissələrdə hazırda mərhələli şəkildə və təsdiq edilmiş iş qrafikinə uyğun davam etdirilir. İşlərin aparılmadığı qeyd olunan hissədə də qısamüddətli fasilədən sonra tikinti-quraşdırma işlərinin bərpası qrafikə uyğun nəzərdə tutulub.
Layihə çərçivəsində yol boyu 9 yol qovşağının, 13 yol ötürücüsünün, 1 kanal körpüsünün, 3 açıq və qapalı tunel tipli yol ötürücüsünün, həmçinin 2 yerüstü piyada keçidinin tikintisi davam etdirilir.
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.