Moldovanın sabiq prezidenti, müxalif Sosialistlər Partiyasının lideri İqor Dodon iddia edib ki, prezident Maya Sandu ölkənin Avropa İttifaqına üzvlük prosesini sürətləndirmək üçün Brüsseli Moldova ilə Rumıniyanın birləşməsi ehtimalı ilə şantaj edir.
Bu barədə Dodon RIA Novosti-yə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində açıqlamasında bildirib.
Onun sözlərinə görə, Sandunun son beş ildə əsas siyasi şüarı Moldovanın 2028–2030-cu illərdə Avropa İttifaqına üzvlüyünü təmin etmək olub. Lakin Dodonun fikrincə, bunun baş verməyəcəyi artıq aydındır.
“Hesab edirəm ki, Maya Sandu Avropa inteqrasiyası ilə bağlı daha dəqiq və aydın perspektiv əldə etmək üçün Brüsseli şantaj etməyə çalışır. Niyə? Çünki Maya Sandunun son beş ildə yeganə seçki şüarı Moldovanın 2028–2030-cu illərdə Aİ-yə üzvlüyünü təmin edəcəyi idi. Hamı başa düşür ki, bu, artıq olmayacaq”, — deyə Dodon bildirib.

