Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının parlament seçkilərində qalib gəldiyini elan edib. O, ictimai çıxışına zəbur oxumaqla başlayıb.
Hökumət başçısı əlavə edib ki, onun siyasi qüvvəsi Nazirlər Kabinetini təkbaşına formalaşdıracaq. Halbuki tədbirin keçirildiyi vaxt seçki məntəqələrinin heç dörddə biri belə hesablanmamışdı.
Jurnalistin Mərkəzi Seçki Komissiyası protokolların böyük hissəsini hələ emal etmədiyi halda Paşinyanın qələbə ilə bağlı məlumatı haradan aldığına dair sualına siyasətçi cavab verib ki, partiyanın bütün məntəqələrdə etibarlı nümayəndələri var. Bundan başqa, deputatlar öz protokollarını aparıb və paralel sayım məlumatlarına malik olublar.
Bununla belə, rəsmi nəticələr hələ açıqlanmayıb. Ölkədə seçici fəallığı 58,97 faiz təşkil edib.

