Azərbaycan BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) İnnovasiya, Rəqabətqabiliyyətlilik və Dövlət-Özəl Tərəfdaşlığı Komitəsinin rəhbər tərkibinə seçilib.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Cenevrədə keçirilən UNECE-nin İnnovasiya, Rəqabətqabiliyyətlilik və Dövlət-Özəl Tərəfdaşlığı Komitəsinin 19-cu sessiyası çərçivəsində Azərbaycan 2026-2028-ci illər üzrə Komitə Bürosunun rəhbər heyətində təmsil olunmaq hüququ qazanıb.
Belə ki, İqtisadiyyat Nazirliyinin nümayəndəsi Türkan Vüsat Komitə Bürosunun sədr müavini seçilib.
Qeyd olunur ki, bu seçim Azərbaycanın innovasiya, rəqabətqabiliyyətlilik və dövlət-özəl tərəfdaşlığı sahələrində beynəlxalq əməkdaşlıq platformalarında iştirakının gücləndirilməsi baxımından əhəmiyyətlidir.

