Şimali Koreya lideri Kim Çen İn Dövlət İşləri Komissiyasının sədri vəzifəsinə yenidən seçilib. Bu barədə “Yonhap” agentliyi Şimali Koreyanın dövlət KİV-lərinə istinadən məlumat yayıb.
Bildirilir ki, qərar Pxenyanda keçirilən Ali Xalq Məclisinin 15-ci çağırışının ilk sessiyasında qəbul olunub.
Məlumata görə, Kim Çen İn sessiyanın ilk günündə yenidən bu vəzifəyə seçilib.
Eyni zamanda, onun yaxın tərəfdaşlarından biri sayılan Co Yonq Von Ali Xalq Məclisinin Daimi Komitəsinin sədri seçilib və bu vəzifədə Çxve Ren Heni əvəz edib.

