Kanal D-nin Bodrumda çəkilən yeni serialı “Daha 17”nin ikinci bölümündə, Teoman tərəfindən yaralanan Arasın revir otağında Leyla ilə göründüyü səhnə ikili arasındakı qarşısıalınmaz cazibəni ortaya qoyub.
Leylanın Arasın qanayan yarasına sarğı etməsindən sonra yaşananlar romantikanın dozasını daha da artırıb.
Aras və Leyla aralarındakı cazibəyə qarşı dayanmağa çalışarkən fonda səslənən Mert Demirin “Olmazlara Vuruluyorum” mahnısı səhnənin emosional təsirini daha da gücləndirib.

İzləyicilər mahnının adının ikilinin sevgi hekayəsini tam ifadə etdiyi fikrində birləşiblər. Sosial şəbəkə şərhlərində:
“Aşk bacayı sardı”
və
“Leyli və Məcnun” geridə qaldı, indi səhnədə Leyla və Aras var"
kimi ifadələr diqqət çəkib.

Ön izləmənin davamında dəhlizdə bir-birinin arxasınca sevgi dolu baxışlarla baxan Aras və Leyla arasında yaşanacaqlarla bağlı gözlənti daha da artıb.

