“Breaking Bad” serialında canlandırdığı Gustavo “Gus” Fring obrazı ilə dünya miqyasında tanınan amerikalı aktyor Giancarlo Esposito İslamı seçmə prosesi ilə bağlı açıqlama verib.
Səudiyyə Ərəbistanı Əyləncə İdarəsinin rəhbəri Turki Al əş-Şeyx daha əvvəl Espositonun “7 Dogs” filminin çəkilişləri zamanı kəlimeyi-şəhadət gətirdiyini bildirmişdi.
Hollywoodun tanınmış aktyorlarından olan Esposito açıqlamasında həyatında mühüm dəyişiklik yaşadığını deyib. O, Mərakeşdə gördüyü dini atmosferdən və insanların Allaha bağlılığından təsirləndiyini bildirib.
Aktyor “Həyatım tamamilə dəyişdi. Mərakeşdə insanların dinə və Allaha bağlılığı məni çox təsirləndirdi” deyə qeyd edib.
Esposito dini dəyərlərin gündəlik həyatda güclü hiss olunduğu bir ölkədə olmağın ona təsir etdiyini vurğulayıb. O, Mərakeşə gəldikdən sonra ilk ziyarət etdiyi yerlərdən birinin məscid olduğunu bildirib.
Aktyor fərqli bir mədəniyyətin ibadət formasını, gündəlik həyatını və Allaha bağlılıq anlayışını yaxından görməyin onun üçün mühüm təcrübə olduğunu deyib.

Esposito həmçinin tək Allah inancını anlamağın həyatında yeni bir mərhələ açdığını qeyd edib. Onun sözlərinə görə, yaxşılıq, lütf və Allaha bağlılıq hissi onda dərin təsir yaradıb.
Məlumata görə, aktyorun İslamı seçməsi xəbəri “7 Dogs” filminin çəkilişləri zamanı gündəmə gəlib. Turki Al əş-Şeyxin paylaşımına əsasən, Esposito çəkiliş prosesində kəlimeyi-şəhadət gətirib və yaradıcı heyətlə birlikdə məsciddə namaz qılıb.
Dünya üzrə geniş tamaşaçı kütləsinə malik olan aktyorun açıqlamaları qısa müddətdə sosial mediada da müzakirələrə səbəb olub.

