Müğənni Teylor Svift və amerikalı futbolçu Travis Kelsinin Nyu-Yorkda ailə qurduğu bildirilir.
The Times nəşrinin məlumatına görə, cütlüyün toy mərasimi Madison Square Garden arenasında baş tutub. Tədbirdə musiqi, kino, idman və biznes dünyasından çoxsaylı məşhur şəxslərin iştirak etdiyi qeyd olunur.
Məlumata görə, toy mərasimində 1000-dən çox qonaq iştirak edib. Dəvətlilər arasında Selena Qomez və Benni Blanko, Cici Hadid və Bredli Kuper kimi məşhur adların olduğu bildirilir.

Toyun təşkilinə təxminən 20 milyon dollar xərcləndiyi iddia olunur. Bu məlumat ictimaiyyətdə müzakirələrə səbəb olduqdan sonra cütlük 20 xeyriyyə təşkilatına ümumilikdə 26 milyon dollar ianə edib.
İanələrin Nyu-York, Kanzas-Siti və Rod-Aylend daxil olmaqla cütlük üçün xüsusi əhəmiyyət daşıyan bölgələrdə fəaliyyət göstərən təşkilatlara yönəldildiyi bildirilir.

