Amerikalı aktyor Bredli Kuper 30 yaşlı supermodel Gigi Hadidə evlilik təklifi edib. Bu barədə Daily Mail nəşri insayderə istinadla məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, cütlük 2026-cı ildə ailə qurmağı planlaşdırır. Qeyd olunur ki, Bredli Kuper Gigi Hadiddən 20 yaş böyükdür.
İnsayderin sözlərinə görə, modelin anası İolanda Hadid bu münasibətə razılıq verib. Lakin Gigi üçün daha həssas məqam atasına evlilik qərarını bildirmək olub:
“Gigi atasına Bredli ilə evlənmək istədiyini deyib. Bu, onun üçün ciddi və rəsmi bir addımdır.”
Nəşr yazır ki, evlilik qərarının əsas səbəblərindən biri cütlüyün əvvəlki münasibətlərindən olan uşaqları bir ailə kimi birlikdə böyütmək istəyidir. Bredli Kuper model İrina Şeykdən olan 8 yaşlı qızı Leanın atasıdır və uşağın Gigi Hadidlə tez-tez ünsiyyətdə olduğu bildirilir. Gigi Hadid isə müğənni Zeyn Malikdən olan 5 yaşlı qızı Xaini böyüdür.

