“Sadakatsiz” serialında canlandırdığı Gönül obrazı ilə geniş auditoriyaya tanınan aktrisa Gözde Seda Altuner son dövrdəki fiziki dəyişimi ilə diqqət çəkib.
Qısa müddətdə xeyli çəki atan aktrisanın yeni görünüşü sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Son paylaşımlarında qara libasda kamera qarşısına keçən Altuner fit görünüşü ilə izləyicilərini təəccübləndirib. Ona ünvanlanan çoxsaylı suallardan sonra aktrisa arıqlama prosesinin detallarını açıqlayıb.
Altuner yalnız pəhriz və idmanla kifayətlənmədiyini, həkim nəzarəti altında arıqlama iynələrindən birindən istifadə etdiyini bildirib.
“Çox arıqlamısan... Necə arıqladın? İynə istifadə etdin? Bəli, uşaqlar, iynə istifadə etdim. ‘Sadəcə sağlam qidalanıram və müntəzəm idman edirəm’ demək istəmədim. Həkim nəzarətində həmin məşhur iynələrdən birindən istifadə etdim və arıqlamağa davam edirəm”, – aktrisa deyib.
Altuner qidalanmasına diqqət etdiyini və idmanı davam etdirdiyini də vurğulayıb.
Aktrisa bu cür preparatlardan həkim nəzarəti olmadan istifadə edilməməsi barədə izləyicilərinə xəbərdarlıq edib:
“Həkim nəzarəti olmadan bu iynələrdən istifadə etsəniz, ölə bilərsiniz. Öldükdən sonra arıq olmağın da mənası yoxdur”.




