Azərbaycan-Norveç Cəmiyyətinin təşkilatçılığı ilə Norveçin Stavanger şəhərində Novruz bayramı münasibətilə tədbir keçirilib.
Den.az xəbər verir ki, tədbirə Norveçin digər şəhərlərində yaşayan azərbaycanlılarla yanaşı, Türkiyə və İrandan da olmaqla ümumilikdə 150-dən artıq iştirakçı qatılıb.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Norveç Cəmiyyətinin sədri İradə İsmaili və İdarə Heyətinin üzvləri təbrik nitqindən sonra Cəmiyyətin fəaliyyətindən, Novruz bayramının tarixindən, adət-ənənələrindən, xalqımız üçün əhəmiyyətindən danışıblar.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra iştirakçılara Stavangerdə yaşayan xanımlarımızın bişirdiyi milli Azərbaycan yeməkləri və şirniyyatları, musiqili və əyləncəli bayram proqramı təqdim olunub. Həmçinin bayram səhnəcikləri, milli rəqslər və digər millli adət-ənənələr nümayiş etdirilib, şən mahnılar səsləndiriblər. Novruz bayramının adət-ənənələrinə sadiq qalaraq, qonaqlar yumurta döyüşdürüb, tonqal üzərindən tullanıblar.
Azərbaycan-Norveç Cəmiyyəti möhtəşəm Novruz şənliyi keçirib (VİDEO+FOTO)

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.