Sumqayıtda möhtəşəm Novruz şənliyi təşkil edilib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, rayonun hüquq mühafisə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, və şəhər ictimayətinin nümayəndələri iştirak ediblər.“Kimyaçı” Mədəniyyət Sarayının qarşısındakı meydanda təşkil edilən xalqımızın milli-mənəvi irsini, bolluğu, bərəkəti və xeyirxahlığı təcəssüm etdirən Novruz bayramı şənliyi izləyicilərin marağına səbəb olub.
Den.az xəbər verir ki, şəhər rəhbərliyinin də qatıldığı tədbirdə bayram tonqalı yandırılıb.
Bayram tədbirində Dədə Qorqud və Bahar qızı xeyir-dua verərək, Novruz bayramının xalqımıza uğur, bol ruzi-bərəkət gətirməsini arzulayıb, milli geyimli uşaqlar meydanda rəqs ediblər. Novruzun personajları olan Kosa və Keçəlin iştirakı ilə qədim xalq rəqsləri və oyunlar mərasim iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub-saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, qədim el-elat görüntülərinə, milli geyimlərimizin, mətbəximizin, xalq yaradıcılığının və sənətkarlığının ən gözəl nümunələrinə tamaşa ediblər.
Qeyd edək ki, Novruz bayramı milli-mənəvi dəyərlərin təcəssümüdür. Əsrlərin sınağından çıxmış, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır.Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə və coşqu ilə qeyd olunur.Bildirilib ki, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramının tarixi çox qədim dövrlərə bağlıdır. Bu bayram tək ölkəmizdə deyil, bütün türk dünyasında da geniş şəkildə qeyd edilir. Novruz adətləri bir irs olaraq qorunub, saxlanılır və gələcək nəsillərə ötürülür.
Sonda konsert proqramı təşkil olunub.
Sumqayıtda Novruz bayramı ilə əlaqədar olaraq möhtəşəm ümumşəhər şənliyi təşkil edilib-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.