Bolluğun, bərəktin və xeyirxahlığın təcəssümü olan Novruz Bayramı Sumqayıtda böyük təntənə ilə qeyd edilib.
Sumqayıt Bulvarında təşkil edilən bayram tədbirində Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbləri, şəhid ailələri və şəhər ictimaiyyəti iştirak edib.
Bayram şənliyində bayram ovqatlı sərgilər,əl işlərindən ibarət nümunələr, aşıq havaları, meyxana ifaları, xalq oyunları, milli rəqslər, məktəblilərin ədəbi bədii kompazisiyasları, folklar nümunələri, qədim ənənələrimizi tərənnüm edən adətlər, milli mətbəx nümunələri, musiqilər, şeirlər, keçəllə kosanın məzəli əhvalatları, yumurta döyüşü, kəndirbazların akrobatik hərəkətləri, idmançıların, pəhləvanların rəngarəng çıxışları nümayiş olunub.
Yazın gəlişini bildirən və xalqımızın milli –mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar,şən-şux mahnılar hamıda xoş ovqat oyadıb.
Bayram şənliyində bildirilib ki, Novruz, adət-ənənələrimizi əsrlər boyu yaşadıb bu günlərə gətirdiyi kimi, bu gün də bizi birləşdirir,daha da həmrəy edir. Bu ənənəni yaşatmaq və gələcək nəsillərə ötürmək hər kəsin müqəddəs borcudur. Xalqımız qədim türk məişətini, əxlaqını və bədii zövqünü özündə cəmləşdirən Novruz ayinlərini tarixən yaşadaraq bu günümüzədək gətirib çatdırıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazandığımız Vətən Müharibəsindən sonra xalqımız Novruz bayramını artıq daha böyük coşqu ilə, daha möhtəşəm qeyd edir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun qəhrəmanlığı sayəsində bu gün bütöv Azərbaycanda, işğaldan azad olunan torpaqlarımızda bayram tonqalları qalanır, şənliklər keçirilir.
Şəhər sakinlərinin bayram sevinci musiqili bədii proqramla davam edib.
Bu şəhərdə Novruz görün necə qeyd edildi-VİDEO

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.