Novruz bayramı milli-mənəvi dəyərlərin təcəssümüdür. Əsrlərin sınağından çıxmış, mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramı insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl yaratmışdır.Novruz bayramı sağlamlığın, firavanlığın başlanğıcıdır. Tarixi çox qədim olan Novruz bayramı hər il xalqımız tərəfindən böyük təntənə və coşqu ilə qeyd olunur.
"Den.az" xəbər verir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Novxanı kənd 28 nömrəli körpələr evi-uşaq bağçasında da Novruz bayramı möhtəşəm şəkildə qeyd edilib.
Tədbirdə bağça kollektivi və fidan balalar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan sözügedən bağçanın müdiri Səfa İbrahimova tədbir iştirakçılarını salamlayıb.Səfa İbrahimova Novruz bayramının əhəmiyyəti haqqında qeyd edərək bildirib ki, milli-mənəvi dəyərlərimizi özündə əks etdirən Novruz bayramının tarixi çox qədim dövrlərə bağlıdır.Bu bayram tək ölkəmizdə deyil, bütün türk dünyasında da geniş şəkildə qeyd edilir. Novruz adətləri bir irs olaraq qorunub, saxlanılır və gələcək nəsillərə ötürülür.
Tədbir gözəl balaların biri-birindən maraqlı çıxışları, kosa və keçəlin əyləncələri ilə davam edib.
Şahnaz Əliyeva
Den.az
Novxanı kənd 28 nömrəli körpələr evi-uşaq bağçasında Novruz bayramı möhtəşəm şəkildə qeyd edilib-FOTOLAR

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.