Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Den.az xəbər verir ki, təbrikdə deyilir:
"Cənab Prezident, Əziz Qardaşım.
Təbiətin yenidən canlandığı, torpağın oyandığı və ümidlərin çiçəkləndiyi Novruz bayramı münasibətilə Zati-alinizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Çoxəsrlik qədim ənənəmiz olan Novruz bu il də sülhün, qardaşlığın, həmrəyliyin əhəmiyyətini xatırlamağımıza vəsilə olur. Ümid edirəm ki, Novruz dünya sülhü ilə bağlı ümidlərin bəsləndiyi, beynəlxalq dialoq və əməkdaşlığın yeni səviyyələrə çatdığı bir dövrün müjdəçisi olacaq. Ölkələrimiz arasında dərin köklərə malik dostluq və qardaşlıq tellərinin möhkəmlənməsi, əməkdaşlığımızın daha da güclənməsi bu Novruz bayramında da səmimi arzumuzdur.
Bu mənalı gün münasibətilə Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, rifah və firavanlıq dolu gələcək arzulayıram".
Ərdoğan Novruz bayramı münasibətilə İlham Əliyevi təbrik etdi

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.