Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 mart tarixinə təsadüf edəcək.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib, DenMedia.az xəbər verir.
Məlumata görə, Qazılar Şurasının fətvasına əsasən fitrə sədəqəsinin bir nəfər üçün məbləği 10–15 manat tövsiyə olunur.
“Fitrə sədəqəsi təmizlənmə sədəqəsidir və imkanı olan hər bir müsəlman ailəsinin hər üzvü üçün fitrə verməli, onu aztəminatlı və ehtiyaclı ailələrə çatdırmalıdır. Bu, hər bir ailənin bayram sevincini hiss etməsinə imkan yaradır.”
Bildirilib ki, bayram namazları Azərbaycanın bütün məscidlərində qılınacaq.
Bakıda Əjdərbəy məscidində bayram namazı saat 08:00-da, Təzəpir məscidində isə saat 09:00-da qılınacaq.

