Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Bu münasibətlə ölkədə fəaliyyət göstərən bütün məscidlərdə bayram namazı qılınıb.
"Den.az" xəbər verir ki, Heydər məscidində bayram namazı 07:30-da başlayıb.
Namaz əhli-sünnə imamının müavini hacı Fuad Nəbiyevin rəhbərliyi ilə qılınıb.
Namazda bir sıra din xadimləri iştirak ediblər.
Əjdərbəy məscidində bayram namazı saat 08:00-da başlanıb.
Namaz Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti hacı Salman Musayevin rəhbərliyi ilə qılınıb.
Namazda bir sıra din xadimləri iştirak ediblər.
Qeyd edək ki, Qurban bayramı bütün müsəlman aləmində hər il Hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə iyunun 16-na təsadüf edir.
Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun qeyri-iş günləri olacaq. Beləliklə, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixlərində iş olmayacaq.
Azərbaycanda məscidlərdə bayram namazı qılınıb

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.