Yaxın günlərdə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi ərazisində, “Piramida” tərəfdə yol hərəkətinin təşkili dəyişdiriləcək.
Bu barədə AYNA məlumat yayıb.
Bildirilib ki, həmin ərazidə avtobusların hərəkətində yaranan gecikmələrin aradan qaldırılması məqsədilə ictimai nəqliyyat üçün xüsusi zolaq yaradılacaq.
Bununla əlaqədar digər nəqliyyat vasitələri yeni hərəkət sxemindən istifadə etməli olacaqlar. Yenilənmiş trayektoriyaya əsasən, sürücülər Milli Gimnastika Arenası və “Koroğlu” dəmir yolu stansiyası istiqamətində hərəkət edə biləcəklər.
Sürücülərə dəyişiklikləri əvvəlcədən nəzərə almaq və yeni yol nişanlarına əməl etmək tövsiyə olunur.

