may
2024
15:26
52

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq - Foto

2 may, 2024
15:26
52

“Koroğlu”da yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq - Foto

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq.

“Den.az” xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. 

Sərnişinlərin ictimai nəqliyyat növləri arasında rahat keçidinin təmin olunması məqsədilə ərazidə avtobus, metro, dəmiryolu stansiyası, taksi duracağı, ictimai və fərdi nəqliyyat qovşağını əlaqələndirəcək multimodal HUB-ın yaradılmasına başlanılıb.

Beləliklə, görüləcək işlər çərçivəsində:

- metrostansiyasının cənub çıxışında (Milli Gimnastika Arenasının qarşısı) dəmiryolu stansiyasına yaxın 3 perronlu avtobus dayanacağı yaradılacaq;

- minik avtomobilləri üçün “park and ride” tipli parklanma yerləri təşkil ediləcək;

- taksi minik avtomobilləri üçün yolun hərəkət hissəsinə yaxın duracaq yaradılacaq;

- elektrik mühərrikli avtobuslar üçün dolum məntəqələri quraşdırılacaq.



Bizimlə əlaqə saxlayın

Çox oxunanlar