28 
dek
2023
21:13
3 485

Novxanı kənd 28 saylı körpələr evi-uşaq bağçasında Yeni il və Həmrəylik günü möhtəşəm şəkildə qeyd edilib-FOTOLAR

28 dek, 2023
21:13
3 485

Novxanı kənd 28 saylı körpələr evi-uşaq bağçasında Yeni il və Həmrəylik günü möhtəşəm şəkildə qeyd edilib-FOTOLAR

Həmrəylik Günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Ümummilli Lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə təsis edilən Həmrəylik Günü müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin, əlaqələrin genişləndirilməsinə imkan yaradıb.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Novxanı kənd 28 saylı körpələr-evi uşaq bağçasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı möhtəşəm şəkildə qeyd edildi.Tədbirdə bağça kollektivi və fidan balalar iştirak etdilər.


Bağçanın müdiri Səfa İbrahimova Həmrəylik Gününün əhəmiyyətindən danışaraq bildirdi ki,dünya azərbaycanlılarının milli amal uğrunda mübarizədə vahid yumruq kimi görmək istəyən Ümummilli Liderimiz soydaşlarımıza dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər zaman tarixi vətənlərinə sədaqətlə xidmət etməyi tövsiyyə edib.Səfa İbrahimova qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bağça kollektivini və fidan balaları təbrik edib.
Daha sonra tədbir fidan balaların çıxışları ilə davam edib.Şaxta baba və qar qızın gəlişi bayramı daha yadda qalan edib.Tədbirdən sonra uşaqlar üçün əyləncəli şou-proqram təqdim olunub.








Şahnaz Əliyeva
Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar