25 
dek
2023
13:45
237

Məmmədli kənd tam orta məktəbdə “Qış nağılı” adlı möhtəşəm Yeni il tədbiri keçirilib-FOTO/VİDEO

25 dek, 2023
13:45
237

Məmmədli kənd tam orta məktəbdə “Qış nağılı” adlı möhtəşəm Yeni il tədbiri keçirilib-FOTO/VİDEO

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan Məmmədli kənd tam orta məktəbdə “Qış nağılı” adlı Yeni il tədbiri keçirilib.Tədbirdə məktəbin pedaqoji kollektivi, valideyn və şagirdlər iştirak ediblər.
Məktəbin ibtidai sinif şagirdlərinin Yeni il və Dünya Azərbaycanlıların həmrəylik gününə həsr edilən musiqili kompazisiyaları alqışlarla qarşılanıb. Şagirdlər müxtəlif xalqlarınin Yeni il adət ənənələrindən danışıblar. Eləcədə Dünya ölkələri haqqında ətraflı məlumatlar verib və onlara aidi milli rəqslərini nümayiş etdiriblər.
Tədbir şagirdlərin hazırladıqları rəngarəng səhnəciklərlə, vətənpərvərlik mövzusunda mahnılar, yeni ilə aid şeirlər, oyun və viktorinalarla davam edib.
Bayram şənliyində çıxış edən məktəbin direktoru Könül Hüseynova hər kəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və eyni zamanda Yeni il münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Könül Hüseynova Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin bariz nümunəsi olan 31 Dekabr -Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsinin tarixi əhəmiyyətini xüsusi vurğulayıb və bu barədə ətraflı məlumat verib. Məmmədli kənd 10 saylı uşaq bağçasının müdiri Vəfa Rəsulovada tədbir iştirakçılarına bayram münasibəti ilə ən xoş arzularını çatdırıb. 
Sonda şaxta baba və qar qısın səhnəyə gəlişi,gəlişləri ilə yeni il müjdəsini verməsi , eləcə də gətirdikləri hədiyyələrlə hər kəsdə bayram abu havası yaratdı.


Nizami Rəsulov
Denaz.TV

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar