Mançesterdən olan Taş Evans gözəllik salonuna gedərək dodaqlarına daha aydın kontur və dolğun rəng vermək üçün prosedur etdirmək istəyib. Lakin elə seans zamanı dodaqlarının şişməyə başladığını hiss edib. Prosedur başa çatanda isə dodaqları normal ölçüsündən beş dəfə böyük olub.
Den.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən Taş - "Güzgüyə baxanda diksindim. Dodaqlarımın bu qədər böyük ola biləcəyinə inana bilmirdim", - deyə qeyd edib.
Qızın valideynləri bu vəziyyətə yumorla reaksiya veriblər, lakin sevgilisi onu görəndə gülərək qapını çırpıb. Şişkinlik yalnız iki gündən sonra azalmağa başlayıb və bu müddət ərzində Taş üzünü gizlətmək üçün maska taxmaq məcburiyyətində qalıb.
"İşdən icazə aldım, çünki belə dodaqlarla insanların arasına çıxa bilməzdim", - dedi.
Salona gedən qadın tanınmaz hala düşdü

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.