Tbilisini ilk növbədə Gürcüstanın milli maraqları və ölkənin gələcəyi maraqlandırır, nəinki Avropa İttifaqının (Aİ) qətnaməsində nə yazılacağı.
Den.az xəbər verir ki, bunu Gürcüstanın Xarici işlər naziri Maka Boçorişvili bildirib. Nazir Brüssel üçün xoş sözlər söyləməkdən imtina edib.
“Biz ölkəmizi və onun maraqlarını qorumalıyıq. İlk növbədə, başlanğıc nöqtəsi Avropa Parlamentinin hansısa üzvünün qətnamədə yazdıqları deyil, ölkəmizin gələcəyi olmalıdır ”, - diplomat bildirib.
O əlavə edib ki, öz maraqlarının qorunmasının vacibliyi sualına Ukraynada baş verən hadisələr cavab verir.
Bundan əvvəl Gürcüstan Baltikyanı ölkələrin suverenlikdən məhrum olduğunu bəyan edib. Respublikanın baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, Estoniya və Litva yüksək vəzifəli gürcü məmurlarına qarşı sanksiyalar tətbiq etməklə müstəqilliklərinin olmadığını sübut ediblər.
Günəş Fərəh
Den.az
“Biz ölkəmizi və onun maraqlarını qorumalıyıq" - Boçorişvili

Xəbər xoşunuza gəlib? Sosial şəbəkələrdə paylaşın
Diqqət çəkənlər
Digər xəbərlər
Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr Oxu.az Xəbər Saytında
“Global Media Group”a daxil olan Oxu.Az xəbər saytı 2013-cü ilin iyul ayından fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir.
Oxu.Az 24 saat ərzində, Azərbaycan və rus dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır.
Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün Oxu.Az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.