26 
okt
2023
18:53
162

"Paşinyan Fransanın "ətəyindən yapışsa", nəticə olmayacaq" - Sülhləilə bağlı VACİB AÇIQLAMA

26 okt, 2023
18:53
162

"Paşinyan Fransanın "ətəyindən yapışsa", nəticə olmayacaq" - Sülhləilə bağlı VACİB AÇIQLAMA

"Gürcüstanda keçirilən Beynəlxalq İpək Yolu Forumu çərçivəsində Tiflisin Azərbaycan və Ermənistan arasında vasitəçiliyi yenidən müzakirə olunacaq. Tədbirdə həm Azərbaycanın baş naziri Əli Əsədov, həm də Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edirlər. Onlar arasında görüşü istisna etmək olmaz".

Bu fikirləri "Den.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, rəsmi Bakı Tiflisin vasitəçiliyinə müsbət yanaşır, İrəvanın cavabı isə gecikir: "Gürcüstanın baş naziri İrakli Qaribaşvili açılış nitqində Gürcüstan hökumətinin “Dinc Qonşuluq Təşəbbüsü” irəli sürdüyünü, o cümlədən Gürcüstanın qonşu və dostları Azərbaycan və Ermənistanla Cənubi Qafqaza dayanıqlı sülh gətirmək istiqamətində birgə iştiraka hazır olduğunu bildirib. İrakli Qaribaşvilinin bu mesajı ilk növbədə erməni həmkarına yönəlib. Çünki Azərbaycan Qaribaşvilinin hər iki təşəbbüsünə əvvəldən razıdır. Ancaq Nikol Paşinyan İrakli Qaribaşvilinin təkliflərini qəbul etmək əvəzinə uzaq Fransanın ətəyindən yapışmaqda davam edərsə, nəticə olmayacaq", - deyə politoloq fikirlərini tamamlayıb.

Günəş Fərəh,

Den.az

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar