Şimali Koreyanın 30 hərbçisi avqustun 19-da gözlənilmədən Cənubi Koreya Respublikası ilə sərhədi keçib.
Denmedia.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Bildirilib ki, Şimali Koreya hərbçiləri sərhəd yaxınlığında tikinti işləri aparan zaman hərbi demarkasiya xəttini keçiblər.
“Koreya Respublikasının Silahlı Qüvvələri onların sərhədi keçdiyini bildirmək üçün bir neçə xəbərdarlıq yayıb. Lakin Şimali Koreya hərbçiləri buna reaksiya verməyib”, – məlumatda qeyd olunub.
Bunun ardınca Cənubi Koreya tərəfi ərazidə xəbərdarlıq atəşləri açaraq Şimali Koreya əsgərlərini demarkasiya xəttinin şimalına geri çəkilməyə məcbur edib.
İnsidentlə bağlı araşdırma aparılır.