ABŞ-da "United Airlines"ə məxsus iki sərnişin təyyarəsi toqquşub. Hadisə sərnişinlərin təyyarəyə mindiyi vaxt baş verib.
Denmedia.az xəbər verir ki, bu barədə "The New York Post" (NYP) məlumat yayıb.
Məlumata görə, hadisə sentyabrın 1-də yerli vaxtla saat 21:10 radələrində Kaliforniya ştatının San-Fransisko Beynəlxalq Hava Limanında baş verib. Denverə uçan təyyarələrdən biri dayanacaqdan uzaqlaşaraq Bostona gedən qonşu təyyarənin quyruğuna çırpılıb.
Şirkətin müştəriləri zəlzələ ilə müqayisə edilən güclü təkan hiss ediblər. Xəsarət alan olmayıb. İnsanlar ehtiyat təyyarələrlə təyinat hava limanlarına çatdırılıb.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bildirib ki, toqquşma aviadispetçerlərin uçuşlarla əlaqə saxlamadığı ərazidə baş verib.
Hadisənin səbəbləri araşdırılır.Publika.az