Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana səfər edəcək.
“Denmedia.az” xəbər verir ki, Türkiyə lideri Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşündə iştirak edəcək.
Ərdoğanın səfər çərçivəsində ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.