Polşanın xarici işlər naziri Radoslav Sikorski Avropanı Rusiya təhlükəsinə qarşı hazır olmağa çağırıb. Reuters xəbər verir ki, nazir NATO-nun şərq cinahında “dron divarı” layihəsindən imtinanı “məsuliyyətsiz addım” adlandırıb.
“Rusiya Avropanın dərinliklərinə qədər çata bilər. Biz buna qarşı hazır olmalıyıq. İndi antidrone potensialı yaratmamaq — tamamilə məsuliyyətsiz yanaşmadır,” — deyə Sikorski vurğulayıb.
Nazir həmçinin Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini qeyd edib və ümid etdiyini bildirib ki, ABŞ Ukraynaya “Tomahawk” raketləri verəcək. Onun sözlərinə görə, bu addım Avropanın müdafiəsi üçün mühüm əhəmiyyət daşıyır.