Buxarestdə 53 yaşlı kişi narkotik maddələrin təsiri altında avtomobillə Rusiya səfirliyinin ərazisinə girməyə çalışıb, — Agerpres xəbər verir.
Hadisə zamanı onu növbətçi polis əməkdaşı saxlayıb, daha sonra əraziyə gələn jandarm qüvvələri şəxsi yerindəcə həbs ediblər.
Yoxlama zamanı sürücünün orqanizmində amfetamin və benzodiazepin izləri aşkarlanıb. Bundan əlavə, onun sürücülük vəsiqəsinin qüvvəsi dayandırılmış olduğu müəyyən edilib.
Hadisə nəticəsində xəsarət alan və maddi zərər qeydə alınmayıb. Şəxs saxlanılıb, istintaq aparılır.