15 
fev
2024
13:24
124

Qubada narkotik qəbul edib maşın sürən 4 nəfər tutuldu

15 fev, 2024
13:24
124

Qubada narkotik qəbul edib maşın sürən 4 nəfər tutuldu

Quba RPŞ-nin DYP Bölməsi rayonda bir neçə avtomobili yol hərəkəti qaydalarını pozduğuna görə nəzarət-yoxlama qaydasında saxlayıb.

“Den.az” DİN-nin Mətbuat xidmətinin Quba regional qrupuna istinadən xəbər verir ki, 4 sürücünün narkotik vasitə qəbul etməsi müəyyənləşib.

Belə ki, sürücülərdən bir neçəsininn narkotik vasitənin təsiri altında olması sübuta yetirilib.

Onların barələrində protokol tərtib edilib. Məhkəmənin qərarına əsasən Hacı Ömərov və Dəyanət Müslümovun barəsində inzibati həbs, Murtuz  Məmmədov və Vüqar Nəcəfi barəsində isə digər inzibati tənbeh növü seçilib.

Bizimlə əlaqə saxlayın

Çox oxunanlar