ABŞ-da davam edən hökumət iflici (şatdaun) ölkənin hava məkanının təhlükəsizlik səbəbi ilə tam bağlanmasına səbəb ola bilər.
DenMedia.az xəbər verir ki, bu barədə ABŞ nəqliyyat naziri Şon Daffi CNBC telekanalına müsahibəsində bildirib.
Nazir qeyd edib ki, şatdaun müəyyən risk daşıyır və lazım gələrsə, ABŞ hakimiyyəti uçuşları tamamilə qadağan etməyə hazırdır.
“Əgər təhlükəsizliklə bağlı real təhdid yaranarsa, bütün hava məkanı bağlanacaq. Biz insanların səyahət etməsinə icazə verməyəcəyik… Hələ bu nöqtədə deyilik, amma ciddi gecikmələr artıq müşahidə olunur,” — deyə Daffi vurğulayıb.

        
        
                