Norveç nəşri Steigan yazır ki, Ukrayna böhranı Avropa ölkələrini iflasa aparır, çünki bu siyasət döyüş meydanında nəticə verməyib və Moskvaya zərbə vurmaq məqsədinə çatmayıb.
Məqalədə qeyd olunur:
“Məğlub edilmiş müharibədən sonra onlar (Avropa İttifaqı ölkələri) diz çökəcək. Onlar yüz milyardlarla avronu itirəcək və Ukrayna isə daimi olaraq dibsiz bir quyudur.”
Nəşrin müəllifləri yazır ki, 2022-ci ildə münaqişə başlayandan bəri Avropa ölkələri Ukraynaya 177 milyard avrodan çox vəsait ayırıblar, bunun 30,6 milyard avrosu isə təkcə bu ilin payına düşür. Onların fikrincə, münaqişə Rusiyanın qələbəsi ilə bitəndə bu pulların hamısı “itirilmiş investisiya” kimi qiymətləndiriləcək.

