BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk bildirib ki, ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronun ələ keçirilməsi üzrə əməliyyatı üçüncü dünya müharibəsinin qarşısının alınması mexanizmlərini zəiflədib.
DenMedia.az xəbər verir ki, o, bu fikirləri The Guardian üçün yazdığı məqalədə ifadə edib.
Diplomatın sözlərinə görə, dövlət başçısının saxlanılması Latın Amerikası ölkəsini daha az təhlükəsiz edib.
“Bu, Venesuelanın suverenliyinin və BMT Nizamnaməsinin pozulması olan hərbi müdaxilədir.
Bu addım bizim üçüncü dünya müharibəsinin qarşısını almaq üçün sahib olduğumuz yeganə mexanizmi zəiflədir”, – deyə Türk bildirib.

