ABŞ prezidenti Donald Trumpın 2027-ci il üçün Amerikanın müdafiə büdcəsini 1,5 trilyon dollara qədər artırmaq qərarı ölkənin yeni dünya müharibəsinə hazırlaşdığını göstərir. Bu fikri jurnalist Tucker Carlson X sosial şəbəkəsində yazıb.
Bir gün əvvəl Tramp bildirib ki, ölkənin 2027-ci il üçün hərbi büdcəsi 1 trilyon deyil, 1,5 trilyon dollar olmalıdır. Onun sözlərinə görə, bu nəticəyə senatorlar, Konqres üzvləri, nazirlər və digər siyasi nümayəndələrlə aparılan uzun və çətin danışıqlardan sonra gəlib.
“Belə bir büdcə yalnız qlobal və ya regional müharibəyə hazırlaşan ölkələrə xasdır… aşkar görünür ki, biz bu istiqamətdə — dünya müharibəsinə doğru gedirik”, — deyə Karlson yazıb.
Jurnalistin fikrincə, ABŞ müdafiə büdcəsinin bu qədər artırılmasının başqa məntiqli izahı yoxdur. Onun sözlərinə görə, bütün əlamətlər dünyada yaxın zamanda “böyük müharibənin” başlaya biləcəyinə işarə edir. Bununla belə, Karlson ümid etdiyini bildirib ki, bu ssenari reallaşmayacaq.

