ABŞ prezidenti Donald Tramp bəyan edib ki, o, Venesuela ilə bağlı mümkün addımlar üzrə mövqeyini artıq müəyyənləşdirib, lakin detalları açıqlamaqdan çəkindir.
“Mən qərar vermişəm, amma bunun nə olacağını deyə bilmərəm”, — Tramp “Air Force One” təyyarəsində jurnalistlərə bildirib.
ABŞ prezidentinin bu açıqlaması The Washington Postun Tramp, Pentaqon rəhbəri Pit Hekshet və digər rəsmilər arasında keçirilən görüş barədə məlumat dərc etməsindən dərhal sonra səslənib. Həmin görüşdə ABŞ-ın Venesuela ilə bağlı müxtəlif strategiya variantları müzakirə olunub.
Nəşrin mənbələrinin sözlərinə görə, “hazırda regionda yerləşən Amerika hərbçiləri mümkün hücum əmrinə hazırlaşır və gözləyir.”
The Washington Post-un məlumatına əsasən, bölgəyə göndərilmiş USS Gerald R. Ford aviadaşıyıcısındakı qırıcı pilotlar Venesuelanın hava hücumundan müdafiə sistemini öyrənirlər, lakin onlara hücum əmri verilib-verilməyəcəyi hələ məlum deyil.
Qəzet yazır ki, Vaşinqton həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin elit xüsusi təyinatlı dəstəsi olan Delta bölməsindən istifadə imkanını da nəzərdən keçirir. Bu bölmə son onilliklərdə ABŞ-ın Yaxın Şərqdəki müharibələrində tez-tez tətbiq olunub.

