ABŞ Prezidenti Donald Trump dövlət başçısı postundakı ikinci müddətinin ilk ilini “möhtəşəm” adlandırıb. Onun sözlərini CNN sitat gətirib.
“Möhtəşəm. Uğur baxımından düşünmürəm ki, hər hansı prezidentin ilk ili bizimkindən daha yaxşı olub”, — deyə Tramp bildirib.
Tramp qeyd edib ki, sələflərindən yüksək inflyasiya və açıq sərhədlərlə bağlı “xaos” miras alıb. Onun sözlərinə görə, hakimiyyəti dövründə iqtisadiyyat möhkəmlənib, qiymətlər isə enməyə başlayıb.

