Meta korporasiyası ABŞ-ın Santa-Fe şəhərində münsiflər məhkəməsi qarşısına çıxarılıb. Bu barədə The Guardian nəşri məlumat yayıb.
Şirkət uşaqların istismarına şərait yaradan mühit formalaşdırmaqda ittiham olunur. Dövlət ittihamçıları hesab edir ki, Meta-ya məxsus platformalar azyaşlıların alveri, cinsi zorakılıq və cinsi qısnama hallarının baş verdiyi məkanlara çevrilib.
Ştatın baş prokuroru Raul Torres bildirib ki, Meta istifadəçi aktivliyi və gəliri prioritet seçərək təhlükəsizlik məsələlərini arxa plana keçirib və effektiv qoruyucu mexanizmlər tətbiq etməyib. Onun sözlərinə görə, bu, 2026-cı ildə texnologiya nəhənginə qarşı azyaşlılara zərər vurulması ilə bağlı açılan ikinci böyük məhkəmə prosesidir.
İş üzrə ilkin dinləmələr 2 fevralda başlayıb, tərəflərin əsas çıxışlarının isə 9 fevralda keçiriləcəyi gözlənilir. Prosesin təxminən 7 həftə davam edəcəyi bildirilir.
Qeyd edək ki, məhkəmə daha əvvəl Meta-nın işi ifadə azadlığına istinad edərək bağlamaqla bağlı vəsatətlərini rədd edib. Səbəb kimi iddianın ifadə azadlığına yox, platformanın dizaynına və moderasiya qərarlarına aid olması göstərilib.

