İspaniya Arbitraj Məhkəməsi Meta korporasiyasını 87 milli onlayn media və informasiya agentliyinə €479 milyon təzminat ödəməyə məcbur edib. Bu barədə EFE agentliyi məlumat yayıb, DenMedia.az xəbər verir.
Məhkəmə müəyyən edib ki, Meta Facebook və Instagram istifadəçilərinin şəxsi məlumatlarını qanunsuz şəkildə toplayıb və reklam hədəfləməsində istifadə edib. Bu isə digər media subyektləri üçün ədalətsiz rəqabət şəraiti yaradıb.
Qərarda qeyd olunur:
«Meta-nın bu fəaliyyəti şirkətə digər rəqəmsal media orqanlarına qarşı əsassız üstünlük verirdi».

