Meta bir həftə sosial şəbəkələrdən uzaq qalmağın depressiya və narahatlıq səviyyəsini azaltdığı barədə məlumatı gizlədib.
DenMedia.az xəbər verir ki, Reutersin iddiasına görə, şirkət hələ 2020-ci ildə Facebook və Instagramın psixi sağlamlığa təsiri ilə bağlı araşdırma aparmışdı. O zaman bu platformaların zərər vurduğunu təsdiq edən dəlillər tapılmışdı.
Məqalədə bildirilir ki, şirkətin narazılığına baxmayaraq, Facebookdan bir həftə istifadənin dayandırılmasından sonra insanlar depressiya, narahatlıq, tənha qalma hissi və sosial müqayisə ehtiyacının azaldığını qeyd ediblər. Lakin bu nəticələr heç vaxt dərc edilməyib.
Meta əməkdaşlarından biri bu qərarı belə dəyərləndirib:
“Bu qərar siqaretin zərərlərini bilib onu gizlədən tütün şirkətlərinin davranışlarına bənzəyir.”

