Dünyanın ən populyar mesajlaşma platforması olan "WhatsApp" istifadəçi təcrübəsini daha da asanlaşdırmaq üçün yeni və diqqətçəkən bir funksiyanı istifadəyə verir.
Den.az xəbər verir ki,Meta AI süni intellekt dəstəyi ilə hazırlanmış bu yenilik sayəsində oxunmamış mesajlar avtomatik olaraq ümumiləşdiriləcək.
Meta-nın rəsmi bloqunda yer alan məlumata görə, "Mesaj Xülasələri" adlı bu yeni funksiya, istifadəçilərə söhbətlərin təfərrüatlarına dalmadan əvvəl nə baş verdiyi barədə ümumi fikir təqdim edir. Funksiya hazırda yalnız məhdud sayda ölkədə və istifadəçidə aktivdir.
"Mesaj Xülasələri" xüsusiyyəti Meta AI vasitəsilə çatlarda oxunmamış mesajları analiz edərək qısa və aydın xülasə təqdim edir. İstifadəçi bu xülasə sayəsində mesajların məzmununu ümumi şəkildə öyrənə və vaxtına qənaət edə bilir.
Qeyd edək ki, bu yenilik, ABŞ Nümayəndələr Palatasının "WhatsApp"ı təhlükəsizlik səbəbilə hökumət cihazlarında istifadəsi qadağan olunan tətbiqlər siyahısına əlavə etməsindən qısa müddət sonra təqdim olunub.