J. D. Vance bildirib ki, İran ərazisinə mümkün zərbələr Yaxın Şərqdə uzunmüddətli müharibəyə çevrilməyəcək. Onun sözlərini The Washington Post nəşri yayıb.
Vens qeyd edib ki, əgər məsələ diplomatik yolla həll olunmasa, mümkün zərbələr İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün çəkindirici amil ola bilər.
“İllərlə Yaxın Şərqdə bitməyən müharibə vəziyyətində olacağımız fikri tamamilə qeyri-real görünür”, – deyə o bildirib.
ABŞ-ın vitse-prezidenti həmçinin əlavə edib ki, Donald Trampın mümkün zərbələrlə bağlı mövqeyini bilmədiyini, lakin özünün xarici hərbi müdaxilələrə skeptik yanaşdığını vurğulayıb.
Onun sözlərinə görə, keçmiş səhvlərdən nəticə çıxarmaq vacibdir, amma bu, ABŞ-ın gələcəkdə heç vaxt hərbi münaqişəyə qoşulmamalı olduğu anlamına gəlmir.
“Ehtiyatlı olmalıyıq, lakin hesab edirəm ki, prezident də məhz ehtiyatlı davranır”, – deyə Vens qeyd edib.

