Moskvanın Ostankino Məhkəməsi prokurorun müraciətini təmin edərək telefon terrorizmi ilə bağlı təlimatlar yerləşdirilən Telegram kanalını qadağan edib.
Bu barədə TASS agentliyi məhkəmə qərarına istinadən məlumat yayıb.
Məlumata görə, kanalda ali təhsil müəssisələrində imtahanların pozulması məqsədilə telefon terrorizmi ilə bağlı addım-addım təlimatlar paylaşılıb.
Bundan əlavə, kanalda Rusiya vətəndaşlarına məxsus bank kartı məlumatları və elektron poçtların sındırılması üzrə göstərişlər dərc olunub.
Bildirilir ki, bu məlumatlardan guya terror aktları ilə bağlı yalan xəbərlərin yayılması üçün istifadə olunması planlaşdırılıb.

